EN

Teatr səhnələri icarəyə verilə bilər? Əsasnaməyə görə ...

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsi sevgililərin şam yeməyi (“Love story”) çəkilişləri üçün icarəyə verilib.

Belə ki, fotoqraf Cəlal Kəngərli teatrda təşkil olunan özəl şam yeməyi və çəkiliş prosesi ilə bağlı videolar paylaşıb.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb və mədəniyyət ocağının bu cür məqsədlərlə kirayələnməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Bakupost.az bu məsələnin nə qədər qanunauyğun olmasını araşdırıb.

Əldə etdiyimiz məlumata görə, icarə şərtlərindəki əsasnamədə qeyd olunur ki, ödənişlər köçürmə yolu olduğu halda teatr səhnələri hər hansı prodakşn, təhsil ocağı, foto-studiyaya və s. təşkilata icarəyə verilə bilər.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
www.bakupost.az

1Sources