EN

Prezident film çəkilişi ilə bağlı qanunu TƏSDİQLƏDİ

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşir.

Redaktor.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kinematoqrafiya haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları sırasına daxil edilir. Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Qanuna görə, xarici prodüser əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüserdir.

Chosen
67
12
redaktor.az

10Sources