EN

Braziliya donanmasına “Tamandare” sinifli aparıcı freqat verilib

“Tamandare” sinifli aparıcı freqat rəsmi olaraq Braziliya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Herbiand.az bildirir ki, freqat Braziliya donanmasında “Niteroi” sinifli freqatları əvəz etmək üçün nəzərdə tutulub.

Yeni freqatların Amazoniya Azul (Mavi Amazon) kimi tanınan dəniz bölgəsində xidmət göstərməsi planlaşdırılır. Balıq, neft, qaz və mineral ehtiyatlarla zəngin olan bu ərazi ölkənin iqtisadiyyatında və təhlükəsizliyində əsas rol oynayır. Həmçinin, axtarış-xilasetmə əməliyyatlarında və beynəlxalq hərbi dəniz missiyalarında iştirak etmək üçün də nəzərdə tutulub.

Feqatların su tutumu 3455 ton, gövdə uzunluğu 107,2 metrdir. 136 nəfərlik heyəti var.

Silahlanmaya “Sea Ceptor” hava hücumundan müdafiə sistemləri və MBDA-dan MM40 “Exocet” gəmi əleyhinə raketləri, 76 mm-lik artilleriya qurğuları, torpedalar və 12,7 mm-lik pulemyotları olan məsafədən idarə olunan döyüş modulları daxildir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
22
herbiand.az

1Sources