ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 16 mart, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Rusiyadan enerji idxalını dayandırmaqda qərarlıdır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen deyib.
O, gələcəkdə Rusiyadan bir enerji molekulu belə idxal edilməyəcəyini bildirib.
Dan Yorgensen Brüsseldə Aİ-nin enerji nazirlərinin bugünkü görüşündə Avropada çox yüksək enerji qiymətlərinin müzakirə ediləcəyini, ittifaq ölkələrinin enerji təchizatı təhlükəsizliyi ilə bağlı probleminin olmadığını deyib. Qeyd edib ki, Aİ hazırda neft və qaz qiymətləri ilə bağlı 2022-ci illə müqayisədə daha yaxşı vəziyyətdədir.
“Çünki Aİ-nin enerji sistemində daha çox bərpaolunan enerji növləri var. Ölkələr 2022-ci il böhranından sonra müxtəlif addımlar atmaqla enerji təchizatını şaxələndiriblər. Avropada qiymətlərin aşağı qalması üçün mümkün qədər tez zamanda daha çox bərpaolunan enerjiyə keçməliyik. Buna görə də, müvafiq icazə proseslərinin müddətini əhəmiyyətli dərəcədə qısaltmalıyıq. Həmçinin daha çox enerji əlaqəsinə sahib olmalıyıq. Nə qədər çox qarşılıqlı əlaqədə olsaq və real enerji birliyi yaratsaq, qiymətlər bir o qədər aşağı olacaq”, - deyə Yorgensen vurğulayıb.
Avrokomissar, eyni zamanda, Aİ-nin Yaxın Şərqdəki münaqişəli bölgədən təbii qaz və ya neft almaqdan çox asılı olmadığını bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.