EN

Azyaşlını oğurlayanlara AĞIR CƏZA

Ajans.az xəbər verir ki, məhkəmə tərkibi Ağa Tarverdiyevin 11 il,  Nurlan Zeynalovun 11 il, 6 ay,  Fazil Hacıyevin 5 il, 6 ay, Ruslan Məmmədovun 11 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib. Qeyd edək ki, dövlət ittihamçısı Ağa Tarverdiyevin 12 il, 6 ay, Nurlan Zeynalovun 13  il, Fazil Hacıyevin 12 il, Ruslan Məmmədovun 12 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddəlləri ilə ittiham irəli sürülüb.

Chosen
21
7
Ajans.az

10Sources