EN

"ABŞ və İsrail özü hərbi konflikt yolunu seçib" -Almaniyanın Müdafiə naziri

Almaniyanın Müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi çağırışına rədd cavabı verib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "DPA" agentliyi yayıb.

Pistorius bildirib ki, İranla konflikt Almaniyanın müharibəsi deyil.

"Bu, bizim müharibəmiz deyil, biz onu başlamamışıq. Biz diplomatik həll yollarını və mümkün qədər tez bitimi istəyirik, amma bölgədə hərbi gəmilərin sayının artırılması buna kömək etməyəcək".

Nazir qeyd edib ki, ABŞ və İsrail özü hərbi konflikt yolunu seçib, Almaniya isə məsələni tənzimləməkdə ehtiyatlı mövqe nümayiş etdirib. O əlavə edib ki, növbəti addım Almaniyanı bu konfliktdə iştirak etməyə cəlb edə bilər.

Aytəkin TOFİQQIZI

Chosen
80
1
redaktor.az

2Sources