EN

Xatirə geyimi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Müğənni Xatirə İslam səhnə geyimi ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi paytaxt məkanlarından birində keçirilən proqram zamanı həmkarı və yaxın dostu Rüfət Axundov ilə birlikdə eyni səhnəni bölüşüb. Onlar gecə boyunca mahnılar səsləndirib, rəqs edərək qonaqlara əyləncəli anlar yaşadıblar.

Gecədə ən çox diqqət çəkən məqamlardan biri isə Xatirə İslamın səhnə üçün seçdiyi açıq-saçıq geyim olub. Sənətçinin geyim tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilərin bir qismi müğənninin səhnə obrazını bəyəndiyini qeyd etsə də, digərləri bu seçimi birmənalı qarşılamayıb və müxtəlif rəylər yazıblar.

Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda gündəm mövzularından birinə çevrilib.

Həmin görüntüləri təqdim edirik:

Musa
Milli.Az

Chosen
18
2
milli.az

3Sources