EN

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

Bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında qiymət artımı davam edib.

Publika.az bildirir ki, bu barədə Eeport-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

Yanvar, fevral və mart aylarında paytaxtın bütün inzibati rayonlarında həm yeni tikili, həm də köhnə tikili mənzillərin kirayə qiymətlərində artım qeydə alınıb. Artım əsasən mərkəzi və biznes aktivliyi yüksək olan rayonlarda daha qabarıq müşahidə olunur.

Yanvar ayında kirayə bazarında ən yüksək artım mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda yeni tikili mənzillərin kirayə qiymətləri +1,4 %, köhnə tikililərdə isə +1,2 % artıb. Bu rayonda 2 otaqlı mənzillərin orta aylıq kirayə qiyməti yeni tikililərdə təxminən 1 400 manat, köhnə tikililərdə isə 1 000 manat təşkil edib.

Nəsimi rayonunda yeni tikililərdə artım +1,3 %, köhnə tikililərdə +1,1 %, Yasamal rayonunda isə müvafiq olaraq +1,25 % və +1,05 % olub. Bu rayonlarda orta aylıq kirayə qiyməti yeni tikililərdə Nəsimidə təxminən 1 000 manat, Yasamalda isə 700 manat, köhnə tikililərdə isə müvafiq olaraq 700 manat və 550 manat civarında formalaşıb.

Chosen
52
7
publika.az

8Sources