İsveç İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb.
Â
Sitat.info xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Maria Stenerqard sosial şəbəkə hesabında məlumat verib.
Â
Onun sözlərinə görə, İranda pisləşən təhlükəsizlik şəraiti fonunda Xarici İşlər Nazirliyi Tehrandakı səfirlik heyətini köçürməyi qərara alıb.
Â
Qeyd edilib ki, səfirlik Bakıda fəaliyyətini davam etdirir.
Â
Nazir İsveç Xarici İşlər Nazirliyinin 2022-ci ildən bəri İrana səfərdən çəkinməklə bağlı müraciətini xatırladıb, İsveç vətəndaşlarını İranı tərk etməyə çağırıb.