İsveç İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb.
Bu barədə İsveçin xarici işlər naziri Maria Stenerqard sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, İranda pisləşən təhlükəsizlik şəraiti fonunda Xarici İşlər Nazirliyi Tehrandakı səfirlik heyətini köçürməyi qərara alıb.
Qeyd edilib ki, səfirlik Bakıda fəaliyyətini davam etdirir.