Tramp deyib ki, NATO bizik. Putin bizdən qorxur, Avropadan qorxmur.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Donald Tramp NATO və Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, Şimali Atlantika Alyansının əsas gücü məhz Birləşmiş Ştatlardır.
“NATO elə bizik. Putin bizdən qorxur, o, Avropadan qorxmur. O, məhz Amerika Birləşmiş Ştatlarından qorxur”, – deyə Tramp qeyd edib.
Əlavə olaraq bildirək ki, Donald Tramp əvvəllər də dəfələrlə Avropa ölkələrini NATO büdcəsinə kifayət qədər vəsait ayırmamaqda qınayıb və ABŞ-ın alyansdakı həlledici rolunu xüsusilə vurğulayıb. Onun bu cür kəskin bəyanatları hər zaman beynəlxalq ictimaiyyətin və dünya mediasının gündəmində geniş müzakirələrə səbəb olur.
Xuraman Etibarlı
İnterpress.az