EN

Tramp: Bəzi ölkələr Hörmüz boğazının açılmasına kömək etməyə o qədər də həvəsli deyillər

Vaşinqton, 16 mart, AZƏRTAC

ABŞ-ın bir neçə müttəfiqi Yaxın Şərqdə Hörmüz boğazının yenidən açılmasına kömək etmək üçün yolda olduqlarını bildirib. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Onun sözlərinə görə, bəzi ölkələr bu məsələdə kifayət qədər həvəs göstərmirlər.

“Bu məsələdə həvəs səviyyəsi mənim üçün vacibdir. Mən onlara dedim: “40 ildir ki, biz sizi qoruyuruq, amma siz belə kiçik bir məsələyə qarışmaq istəmirsiniz?”, – deyə Tramp bildirib.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
58
1
azertag.az

5Sources