EN

“Mançester Yunayted” rəhbərliyi Kazemironun gələcəyi ilə bağlı mövqeyini dəyişməyəcək BBC

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro cari mövsümün sonunda klubdan ayrılacaq, lakin klub rəhbərliyi qərarını dəyişməyib.

İdman.Biz bu barədə BBC-yə istinadən məlumat verir.

Oyunçu Premyer Liqanın 30-cu matçında “Aston Villa”ya (3:1) qol vurub. “Qırmızı şeytanlar”ın azarkeşləri buna müqavilənin daha bir mövsüm üçün uzadılmasını tələb edən şüarlarla cavab veriblər. Lakin braziliyalı oyunçunun komandaya verdiyi töhfə rəhbərliyin qərarını dəyişməyəcək.

Kazemironun “Mançester Yunayted”lə hazırkı müqaviləsi cari Premyer Liqa mövsümünün sonunda başa çatır. Yanvar ayında klub oyunçunun müqaviləsini yeniləməyəcəyini təsdiqləyib.

Kazemiro bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 29 oyunda meydana çıxıb, yeddi qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
1
icma.az

2Sources