EN

Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edildi

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsindən MOK-a məlumat göndərilib.

Fanat.Az Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.

Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.

Chosen
143
18
fanat.az

10Sources