AZ

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir



Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Milli Olimpiya Komitəsinə (MOK) verdiyi məlumatda bildirilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək. Məlumatı Milli Olimpiya Komitəsinin mətbuat xidməti yayıb. Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək. İRADƏ
Seçilən
15
30
baki-xeber.com

10Mənbələr