Türkiyənin “İstanbulspor” xərçəng xəstəliyindən əziyyət çəkən 20 yaşlı futbolçu Baran Vardarın vəfat etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, klubun akademiya yetirməsi böyüklər komandasında debütünü 2024-cü ilin yazında edib, hətta “Fənərbağça”ya qarşı oynayıb.
Lakin ona xərçəng diaqnozu qoyulandan sonra karyerasını bitirməli olub.