EN

Yalnız özümüzə güvənməyək

Düşündüklərimizə inam yaşam şərtlərimizi müəyyənləşdirsə də, çox zaman ətraf fikirlərə diqqət və onların da münasibətlərinin qorunmasında vacib sayılır.
İnsan hansı yaşda olursa olsun bilmədikləri bitmir. 
Dünya imtahanı hər gün nə isə öyrənməyi tələb edir. Eyni zamanda öyrətməyi, yardımı, yaradıcılığı.
Bütün əməllərimiz yaxşılıqla bağlı olsun, inşəallah. Pis niyyətli insanlara söz tapa bilmədiyim üçün və yazdıqlarımla da xoş niyyətli insanların maraqlandığına inandığım üçün yalnız gözəl, yaxşı əməllərin qorunması təlaşındayam. 
Hər birimizin düşüncələrində də, əməllərində də səhvlər ola bilər. Bunu bizə anladanlara minnətdar olmalıyıq. 
Hər zaman bizi tərifləyənlərə isə tam inam düzgün deyil. 
Bütün ətrafımızı öyrəntilər təlqin edir. 
Bunları qəbul mənbəəsinin fomralaşması da illərin təcrübəsindən, sınağından çıxır və daim də anlaşma tələb edir. 
Öyrəntilər təkcə sözlərin deyil, əməllərin sınağından çıxmalıdır. 
Eşitdiklərimiz, gördüklərimiz, yaşadıqlarımız, hiss etdiklərimiz ağlımızda, qəlbimizdə, yaddaşımızda illər boyu qurulan özəl dünyanın yaradıcısı olmaqla yanaşı ömür səhifəsindəki bütün əməllərin sahibidir. 
Demək ki, sahiblik tək özümüzə aid deyil. Bizi formalaşdıran qüvvələrin təzahürüdür. 
Çox arzu edirəm ki, dünya tezliklə bütün pisliklərdən təmizlənsin. Amma o zaman yaxşılığın dəyəri bilinəcəkmi? Bu sualın da cavabını yalnız Yaradan bilir. 
Arzularımızın hansısa yerinə yetməsə çox fikir etməyək. “Hər pis işdə bir xeyir var” deyintisinə inanaq. Həyati təcrübələrdən düzgün nəticə çıxaraq. Qəlbimiz yalnız xoş düşüncələrlə yaşasın.

SƏNUBƏR Səhər


Chosen
29
azia.az

1Sources