EN

“Neft salnaməsinin şanlı əfsanəsi” ingilis dilində

Bu günlərdə “Azərbaycan Neft Təsərrüfatı” jurnalının əməkdaşı Akif Əhmədgil və Bakı Dövlət Universitetinin müəllimi Namiq Əhmədovun müəllifləri olduğu “Azərbaycanın neft salnaməsinin şanlı əfsanəsi – Xoşbəxt Yusifzadə” kitabçası ingilis dilində nəfis şəkildə çap olunmuşdur.

Nəşr Azərbaycanın əfsanəvi geoloqu, görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin çoxşaxəli əmək fəaliyyətinə həsr olunmuşdur. Kitabçada, həmçinin dünyaşöhrətli alimin sağlığında mətbuata verdiyi müsahibələr, eləcə də “Azərbaycan Neft Təsərrüfatı” jurnalının 1957-ci il dekabr nömrəsində dərc olunmuş ilk elmi məqaləsi oxucuların diqqətinə təqdim edilmişdir.

M.HACIXANLI
XQ

Chosen
45
1
xalqqazeti.az

2Sources