EN

İranın Bəndər-Abbas şəhərində bir neçə güclü partlayış baş verib

BAKI, 17 mart. TELEQRAF

İranın cənubunda yerləşən ən böyük liman şəhərlərindən biri olan Bəndər-Abbasda bir neçə güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, şəhərdə azı beş güclü partlayış qeydə alınıb.

Partlayışların şəhərin hansı hissəsində baş verdiyi və liman infrastrukturunun hücumun hədəfi olub-olmadığı barədə hələlik məlumat verilməyib.

Chosen
102
teleqraf.com

1Sources