EN

"Regionda hərbi eskalasiya Çinin sənaye və iqtisadi sabitliyi üçün ciddi risklər yaradır"

"Regionda

ABŞ–İsrail–İran qarşıdurmasının genişmiqyaslı müharibəyə çevrilməsi təkcə Yaxın Şərqin təhlükəsizlik arxitekturasını deyil, həm də qlobal iqtisadi və enerji balansını ciddi şəkildə sarsıdır. Münaqişənin əsas cəbhəsi regionda olsa da, onun nəticələri qlobal güc mərkəzlərinin geosiyasi maraqlarına birbaşa təsir göstərir. Bu proses xüsusilə Körfəz ölkələrindən enerji asılılığı yüksək olan dövlətlər, xüsusən də Çin və Avropa üçün ciddi problemlər yaradır.

Bunu xalqcebhesi.az-a politoloq Mürtəza Bünyadlı deyib.

"Lakin eyni zamanda bu böhrandan strateji divident əldə edən aktorların da olduğu aydın görünür.

Körfəz enerji arteriyalarının təhlükə altına düşməsi

Yaxın Şərq qlobal enerji sisteminin əsas mərkəzlərindən biridir. Dünya neft tədarükünün böyük hissəsi məhz bu regiondan, xüsusilə də Hörmüz boğazından keçməklə beynəlxalq bazarlara çıxır" - politoloq deyib.

Onun fikrincə, regionda müharibə riskinin artması enerji təchizat zəncirini sarsıdır, nəqliyyat xərclərini yüksəldir və bazarlarda qeyri-müəyyənlik yaradır:

"Bu vəziyyətdən ən çox təsirlənən ölkələrdən biri Çindir. Pekin öz enerji təhlükəsizliyini böyük ölçüdə Yaxın Şərqə bağlamışdır və idxal etdiyi neftin təxminən 90 faizini bu regiondan əldə edir. Buna görə də regionda hərbi eskalasiya Çinin sənaye və iqtisadi sabitliyi üçün ciddi risklər yaradır. Enerji qiymətlərinin artması və logistika zəncirinin pozulması Çin iqtisadiyyatının istehsal və ixrac potensialına birbaşa təsir edə bilər".

Cavid

Chosen
55
1
xalqcebhesi.az

2Sources