EN

Mental sağlamlıq üçün "qara siyahı": Hansı üç qidadan uzaq durmalıyıq?

Mental (psixi) problemlər zamanı rasionda üç növ qidanı məhdudlaşdırmaq zəruridir. Çünki bu qidalar narahatlıq hissinin güclənməsi üçün ideal "yanacaq" rolunu oynayır.
 
"El Confidencial" nəşri xəbər verir ki, bu barədə həkim Karlos Xaramilyo bildirib.
 
Mütəxəssis iddia edir ki, ağ un, şəkər və desertlər maddələr mübadiləsinə (metabolizmə) mənfi təsir göstərir. Maddələr mübadiləsi qeyri-sabit olduqda sinir sistemi bu vəziyyəti təhlükə kimi qəbul edərək aktivləşir, nəticədə insanda narahatlıq hissi yaranır.
 
Həkimin sözlərinə görə, qanda qlükoza səviyyəsinin kəskin artmasına səbəb olmayan qidalar psixi rifah üçün ən uyğun seçimdir. O, rasionda zülal, faydalı yağlar və lifli qidaların miqdarını artırmağı tövsiyə edir.
 
Bundan əlavə, K.Xaramilyo qeyd edib ki, xoşbəxtlik hormonu kimi tanınan serotonin əsasən bağırsaqlarda ifraz olunur. Buna görə də bağırsaq sağlamlığını qorumaq üçün kefir və turş kələm kimi fermentləşdirilmiş qidaların istehlakı vacibdir. /Oxu.az/
 
Chosen
38
1
moderator.az

2Sources