EN

Ağstafada qəza - Xəsarət alan var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ" markalı minik avtomobili başqa bir avtomobillə toqquşub.

Qəza zamanı 1998-ci il təvəllüdlü M. Hüseynov, 2004-cü il təvəllüdü Y. Kazımov və 1999-cu il təvəllüdlü T. Quliyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. Hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
43
4
unikal.az

10Sources