EN

DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyi (FHN)Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyəmüraciət edib.

Trend xəbər verir ki, müraciətdə Novruz bayramıritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğuda unudulmamalı, xüsusilə binaların həyətlərində, avtomobillərinyaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqallarınqalanması ciddi təhlükə yarada biləcəyi vurğulanıb.

"Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməlolunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər.Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili,avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılarmütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkənehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı,süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır", - müraciətdəvurğulanıb.

Chosen
46
42
az.trend.az

10Sources