EN

Müctəba Xamenei ölümdən belə xilas olub: Bu, Allahın iradəsi idi

İranın yeni ali lideri Ayətullah Müctəba Xamenei fevralın 28-də hava hücumundan qısa müddət əvvəl binanı tərk etdiyi üçün ölümdən xilas olub.

Publika.az xəbər verir ki, bu iddianı "The Daily Telegraph" mənbələrə istinadən yayıb.

“Bu, Allahın iradəsi idi: Müctəba Xamenei hansısa bir iş üçün həyətə çıxıb və sonra qayıtmalı olub. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxarkən binaya raket dəyib", - məqalədə deyilir.

Bildirilir ki, hadisə zamanı onun həyat yoldaşı və oğlu ölüb.

Chosen
43
1
publika.az

10Sources