İranın yeni ali lideri Ayətullah Müctəba Xamenei fevralın 28-də hava hücumundan qısa müddət əvvəl binanı tərk etdiyi üçün ölümdən xilas olub.
Publika.az xəbər verir ki, bu iddianı "The Daily Telegraph" mənbələrə istinadən yayıb.
“Bu, Allahın iradəsi idi: Müctəba Xamenei hansısa bir iş üçün həyətə çıxıb və sonra qayıtmalı olub. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxarkən binaya raket dəyib", - məqalədə deyilir.
Bildirilir ki, hadisə zamanı onun həyat yoldaşı və oğlu ölüb.