EN

Ona sataşmaq niyyəti ilə evinə daxil olan kişini döyərək qaşını və burnunu yandıran şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Maya Babayevanın (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2022-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Maya Babayeva fərdi yaşayış evində olan zaman ona sataşmaq niyyəti ilə iradəsi ziddinə evinin həyətinə daxil olmuş zərərçəkmiş Namiq İsmətovla (adı, soyadı şərti) şəxsi münasibətlərin pozulması zəminində münaqişə edib. Bu zaman qadın taxta parçası ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Daha sonra isə o, Namiqin əllərini və ayaqlarını iplə bağlayıb yenidən taxta parçası ilə həmin gün saat 18 radələrindən başlayaraq 22 radələrinədək olan müddət ərzində döyüb, alışqan ilə onun qaşını və burnunu yandırıb.

 

Kamal Məmmədov

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Maya Babayeva 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Tarix: 17 Mart 2026, 09:58   
Chosen
24
pravda.az

1Sources