Sabunçuda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Sabunçu rayon ərazisində 2001-ci il təvəllüdlü Tağıyev Ramil Qafar oğlu idarə etdiyi motosikletlə BYD markalı avtomobillə toqquşub.
Xəstəxanaya yerləşdirilən motosiklet sürücüsü orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.