EN

Mariya Karapetyan: Qarabağ gündəmimizdə yoxdur

BAKI, 17 mart. TELEQRAF

“Müxalifət Ermənistanı Nikol Paşinyan hökumətindən yox, demokratiya və suverenlikdən “xilas” etmək istəyir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Mariya Karapetyan deyib.

“Ermənistan müxalifətini birləşdirən əsas gündəm Azərbaycanla münaqişəni yenidən alovlandırmaqdır”, - deputat bildirib.

Karapetyan “Erməni Soyqırımı Muzeyi”nin direktorunun Baş nazir Nikol Paşinyan tərəfindən vəzifədən azad edilməsinə toxunan Karapetyan qeyd edib: “Qarabağın “geri qaytarılması” (yenidən işğalı - red.) məsələsi bizim gündəmimizdə yoxdur. Muzeyin direktoru bunu bilmirdimi?”.

Xatırladaq ki, muzeyin direktoru Edita Qzoyanın vəzifədən uzaqlaşdırılmasına ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda İrəvana səfəri zamanı Qzoyanın ona Qarabağın “tarixi” barədə kitab hədiyyə etməsi səbəb olub. Nikol Paşinyan bunun Ermənistanın maraqlarına zidd olduğunu bəyan edib.

Chosen
9
2
teleqraf.com

3Sources