EN

Bayramov və Pakistan XİN rəhbəri regiondakı vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon vasitəsilə danışıb.

BAKU.WS xəbər verir ki, məlumat Pakistan Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında yayımlanıb.

Danışıq zamanı tərəflər regiondakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və hər iki ölkənin maraq dairəsinə daxil olan ikitərəfli məsələləri müzakirə ediblər.

Chosen
23
far.az

1Sources