EN

Əliyar Ağayev Kiprə yollanacaq

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Ə.Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Niderlandlı Jeroen Manşot  VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

saytlarin hazirlanmasi

Chosen
14
32
sportal.az

10Sources