EN

Ermənistanın Omandakı səfirliyinin açılış mərasimi keçiriləcək

BAKI, 17 mart. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 17-19 mart tarixlərində Omanda işgüzar səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Oman xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi ilə görüş planlaşdırılır.

Paytaxt Maskatda Ermənistan səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

Ermənistanın ərəb ölkələrindəki səfirlərin toplantısı da planlaşdırılır.

Chosen
58
1
teleqraf.com

2Sources