EN

“Qapılarımız üzünə açıqdır” Laporta Messi haqqında...

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin Kataloniya klubuna qayıtması ehtimalını təsdiq edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə o, TV3 telekanalına verdiyi müsahibədə bildirib.

“Leo istədiyi vaxt istədiyi şəkildə “Barselona” ilə əməkdaşlıq edə bilər. Əgər o, “Barselona”nın nüfuzuna və əzəmətinə daha çox töhfə vermək qərarına gəlsə, klubun qapıları onun üzünə açıqdır”, - Laporta qeyd edib.

Qeyd edək ki, Messi 2021-ci ildə “Barselona”dan ayrılıb. O, hazırda Amerikanın “İnter Mayami” klubunda çıxış edir.

Xatırladaq ki, Laporta bir gün əvvəl yenidən “Barselona”nın prezidenti seçilib. Onun yeni səlahiyyət müddəti 2031-ci ilə qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
yeniavaz.com

2Sources