EN

Milli Məclis MDB ilə bağlı protokolu ratifikasiya edib

Bakı. Trend:

Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyəKomitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dairProtokolu ratifikasiya edib.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.

Bildirilib ki, “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiqedilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqındaƏsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” 13 oktyabr2023-cü ildə Bişkek şəhərində imzalanıb.

Protokola əsasən adı çəkilən Əsasnaməyə bir neçə dəyişiklikedilib.

Bu Protokol onu imzalayan tərəflərin sənədin qüvvəyə minməsiüçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsibarədə üçüncü bildirişinin depozitari tərəfindən alındığı tarixdən30 gün sonra qüvvəyə minir. Dövlətdaxili prosedurları sonradanyerinə yetirən tərəflər üçün bu Protokol müvafiq sənədlərindepozitari tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyəminir.

Azərbaycan Respublikası bu Protokola dövlətlər və digərbeynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vəqarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəviəməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyətini istisnaedən qeyd şərti ilə qoşulur.

"2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş"Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqındaƏsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol"un təsdiqedilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyəçıxarılaraq bir oxunuşda qəbul edilib.

Chosen
32
3
az.trend.az

10Sources