EN

Azad olunmuş ərazilərdə quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb

Bakı. Trend:

Ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliyi sayılanquduzluğa qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Bu barədə Trend-ə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığıvə Baytarlıq Xidmətləri Mərkəzindən məlumat verilib.

Bildirilir ki tədbirlər çərçivəsində işğaldan azad edilmişXocavənd və Xankəndi şəhər ətrafı ərazilərdə Aqrar XidmətlərAgentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzininəməkdaşları tərəfindən vəhşi ətyeyən heyvanlar və sahibsiz itlərdəoral immunizasiya aparılıb. Əməkdaşlar birdəfəlik geyim, fərdimühafizə dəstləri və avadanlıqlarla təmin olunublar. Oralimmunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılamasınınqarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədiləxəstəliyin təbii rezervuarında yayılma zəncirinin qırılmasıdır.Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində quduzluqxəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb.Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik olan xüsusitərkibə malik briketlərdir. Heyvan yem kapsulunu qəbul etdikdəpeyvənd ağız boşluğu və həzm sistemi vasitəsilə orqanizmə daxilolur və sonra təxminən 25–30 gün ərzində quduzluğa qarşı immunitetformalaşır və bu immunitet təxminən 12 ay müddətində qorunur.Peyvənd yemləri ərazi üzrə bərabər şəkildə yerləşdirilir vəepizootoloji vəziyyətdən asılı olaraq hər 1 km² əraziyə ortahesabla 15–20 ədəd yem kapsulu düşəcək şəkildə paylanır.

Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləriolmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda ölkədəepizootoloji sabitliyin qorunması istiqamətində "Epizootiyaəleyhinə tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlərdavam etdirilir.
Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşiheyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsiağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdurvə yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayışareallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isəonların populyasiyalarına uyğun yerlərə atılır.

Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kəndtəsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlarhəssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində(dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası)yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar,həm də insanlar üçün ölümcül olur.

Peyvəndinin tətbiqi vəhşi heyvan populyasiyasında quduzluqvirusunun dövranını azaltmaq, sahibsiz itlər və digər heyvanlarvasitəsilə xəstəliyin yayılmasının qarşısını almaq və nəticədəinsan sağlamlığının qorunmasını təmin etmək üçün mühüm profilaktiktədbirdir.

Chosen
16
1
az.trend.az

2Sources