Bolqarıstan çempionatında 26-cı turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Dobrudca” ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Hüseynov 75-ci dəqiqədə meydana buraxılıb.
“Arda” hazırda 35 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.