EN

Paytaxtda elektrikli avtobuslar istifadəyə verilib

Bakı. Trend:

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində “Albalılıqelektrik avtobus deposu”nun istifadəyə verilməsi ilə 2025-ci ildəAzərbaycanda istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrikmühərrikli avtobusa xidmət göstərilir.

Yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala,Maştağa və Nardaran qəsəbələrini “Koroğlu” Nəqliyyat MübadiləMərkəzi ilə əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmətedəcəyi əraziyə kimi daha tez çatmasına və sürətli enerjidoldurulmasına şərait yaradır.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən (AYNA) məlumat verilib.

Bildirilir ki, artıq 7 marşrut xətti üzrə (140, 150, 172, 189,140E, 141E və M8) istifadə olunan avtobusların hamısı yenilənərəktam elektrikləşdirilib.

Qeyd edək ki, sözügedən marşrut xətləri üzrə daha əvvəl istifadəolunan “BMC” markalı ekoloji təmiz avtobuslar isə “BakuBus” MMCtərəfindən paytaxtın digər ərazilərində fəaliyyət göstərən mövcudmarşrut xətlərinin gücləndirilməsinə cəlb olunub.

Sərnişin tələbatı və axını nəzərə alınaraq mövcud marşrutlaraəlavə nəqliyyat vasitələrinin buraxılması ilə əhalinin ictimainəqliyyata əlçatanlığı artırılıb, avtobusların yüklülüyü azalıb vəxidmət keyfiyyəti yüksəldilib.

Elektrikli avtobuslar yaşıl və dayanıqlı nəqliyyat sistemininəsas elementlərindən olmaqla atmosferə zərərli qazlarınburaxılmasını aradan qaldırır, havanın keyfiyyətini yaxşılaşdırırvə səs-küyü azaldır. Bu isə ekoloji vəziyyətə və müasir ictimainəqliyyat sisteminin inkişafına mühüm töhfə verir.

Məqalədə:
Chosen
28
20
az.trend.az

10Sources