EN

Milli Məclis MDB İcraiyyə Komitəsi ilə bağlı protokolu təsdiqləyib

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Məclis MDB İcraiyyə Komitəsi ilə bağlı protokolu təsdiqləyib

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” müzakirəyə çıxarılıb.

Qərara əsasən, sənəd Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə təsdiq edilib.

Qeyd-şərtdə bildirilir ki, 21 iyun 2000-ci il tarixli Protokolla təsdiq edilmiş MDB İcraiyyə Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsinə dair Protokola Azərbaycan Respublikasının xüsusi rəyi nəzərə alınır.

Sənədə əsasən, dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
modern.az

1Sources