ain.az, Bakupost saytına istinadən bildirir.
Əməkdar artist, müğənni Almaz Ələsgərli müasir ifaçıları tənqid edib.
Bakupost.az xəbər verir ki, o, bu barədə “İncə səhər” verilişində danışıb.
A. Ələsgərli bildirib ki, hazırda müğənnilərin ifa etdiyi mahnılar eyni şablon üzrə hazırlanır:
“Mahnılarda heç bir yenilik, dəyişiklik yoxdur. Gərək söz, musiqi və ifaçı bir-birini tamamlasın. Bu üç amil vacibdir. Əks halda, alınmır, nəsə çatışmır. Təəssüf ki, indiki mahnıların hamısı oyuncaq mahnılardır . Heç bir diapazon yoxdur. Hazırda müğənnilərimiz daha çox toy üçün mahnılar yazırlar”.
Yasəmən, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.