EN

Zelenski: “İran kəşfiyyatı ilə əlaqə saxladıq, bunu etməmələrini istədik”

“Ukraynaya tammiqyaslı müharibənin ilk gecəsi Rusiya tərəfindən kütləvi raket zərbələri ilə başlayıb. Hücumlar həm Rusiya, həm də Belarus ərazisindən həyata keçirilib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “i24NEWS” saytı və “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilk dövrlər çox ağır keçsə də, sonradan Ukrayna tərəfi raketlərin qarşısını almağı və əhalini, enerji sistemini, eləcə də infrastrukturu qorumağı öyrənib.

V.Zelenski qeyd edib ki, bu müddətdə İran Rusiyaya ilk mərhələdə 1000 ədəd “Şahed” tipli pilotsuz uçuş aparatı verib. Ukrayna tərəfi İranla kəşfiyyat xidmətləri səviyyəsində əlaqə saxlayaraq bu tədarükün dayandırılmasını istəyib.

Prezidentin sözlərinə görə, İran tərəfi əvvəlcə yalnız bir dəfəlik - 1200-1300 dron tədarük ediləcəyini və daha sonra bunun dayandırılacağını bildirib. Lakin bu vəd yerinə yetirilməyib.

V.Zelenski vurğulayıb ki, sonradan İran Rusiyaya minlərlə dron verməklə yanaşı, “Şahed” tipli pilotsuz aparatların istehsalı üçün lisenziyalar da təqdim edib. Bundan əlavə, Rusiyada bu dronların istehsalı üçün iki zavodun qurulmasına dəstək verilib və ilkin mərhələdə iranlı mütəxəssislər rus hərbçilərə təlim keçiblər.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
33
yenisabah.az

1Sources