EN

Pezeşkian hökumətlə əməkdaşlıq təklifini qəbul etməyən SEPAH ın mövqeyini sərt tənqid etdi...

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Prezident bunun iqtisadi planlama olmadığını bildirib və müharibədən sonra yeni etirazların zorla yatırılması ehtimalına eyham vurub...”

ABŞ-İsrail cütlüyünün artıq 3 həftəyə yaxındır davam edən təcavüzü fonunda İranda hakimiyyət daxilində fikir ayrılıqlarının artdığı bildirilir. Hökumət rəsmiləri ilə SEPAH komandanları arasında keçirilən qeyri-rəsmi görüşdə ölkənin gələcəyi ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

Moderator.az xəbər verir ki, İran telegram-kanallarında yayılan məlumata görə, SEPAH daxilində İran–ABŞ–İsrail qarşıdurmasından sonrakı dövr üçün aydın strategiya yoxdur və qurumun əsas diqqəti münaqişənin nəticələrini idarə etməkdən çox, onun davam etdirilməsinə yönəlib.

İran prezidenti Məsud Pezeşkian görüş zamanı müharibədən sonra ölkəni gözləyən iqtisadi çətinliklər və artan ictimai narazılıq barədə xəbərdarlıq edib. O, SEPAH-ı post-müharibə dövrü üçün iqtisadi planlaşdırmada hökumətlə əməkdaşlığa çağırıb. Ancaq SEPAH buna qarşı çıxaraq müharibənin cəmiyyətin rejim ətrafında birləşməsinə səbəb olduğunu iddia edib. Pezeşkian bu yanaşmanı sərt tənqid edərək, bunun planlama olmadığını bildirib və müharibədən sonra yeni etirazların da zorla yatırılacağı ehtimalına eyham vurub... 

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
3
moderator.az

4Sources