İranın dövlət rəhbərliyində ciddi fikir ayrılığı yaranıb.
“Cebheinfo.az” İran mediasına istinadən xəbər verir ki, hakimiyyətdə postmüharibə dövrü ilə bağlı ciddi fikir ayrılıqları var.
Belə ki, hökumət rəsmiləri ilə SEPAH komandanları arasında keçirilən qeyri-rəsmi görüşdə ölkənin gələcəyi ilə bağlı ciddi mübahisələr yaşanıb.
Məlumata görə, SEPAH daxilində ABŞ-İsrail-İran qarşıdurmasından sonrakı dövr üçün aydın strategiya yoxdur və qurumun əsas diqqəti münaqişənin nəticələrini idarə etməkdən çox, onun davam etdirilməsinə yönəlib.
İran Prezidenti Məsud Pezeşkian görüş zamanı müharibədən sonra ölkəni gözləyən iqtisadi çətinliklər və artan ictimai narazılıq barədə xəbərdarlıq edib.
O, SEPAH-ı postmüharibə dövrü üçün iqtisadi planlaşdırmada hökumətlə əməkdaşlığa çağırıb. Ancaq SEPAH buna qarşı çıxaraq müharibənin cəmiyyətin rejim ətrafında birləşməsinə səbəb olduğunu iddia edib.
Pezeşkian bu yanaşmanı sərt tənqid edərək, bunun planlama olmadığını bildirib və müharibədən sonra yeni etirazların zorla yatırılması ehtimalına eyham vurub.