EN

Azərbaycanda professor vəfat etdi - FOTO

Ajans.az xəbər verir ki, bu barədə universitetin rəsmi “Instagram” hesabında paylaşım edilib. Yusifov Gəray Namaz oğlu 11 noyabr 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub.1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda ingilis dili fakültəsində təhsil alıb. 1960-1972-ci illərdə Yevlax rayon və Mingəçevir şəhər məktəblərində ingilis dili müəllimi kimi çalışmağa başlayıb. 1972-ci ildə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda müəllim ştatına qəbul edilib. 1973-cü ildən baş müəllim, 1977-ci ildən dosent kimi fəaliyyətinə davam edib. 1979-cu ildə ingilis dili fakültəsi üzrə dekan, 1991-ci ildə Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilib. 1992-ci ildən 2026-cı ilə qədər Xarici dillərin tədrisi metodikası kafedrasında (indiki adı İngilis dilinin tədrisi metodikası kafedrası) professor vəzifəsində əmək fəaliyyətini davam etdirib. 6 kitab, akademik mətbuatda 38 məqalə və tezis, 1 monoqrafiya çap etdirib
Chosen
43
3
Ajans.az

10Sources