EN

Horovlu kəndində yenidən əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “19 saylı Tikinti Təmir İdarəsi” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində növbəti əmək yarmarkası keçiriləcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aktiv məşğulluq tədbiri 18 mart 2026-ci il tarixində, saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndində yerləşən inzibati ofisində təşkil olunacaq.

Yarmarkada hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Chosen
5
9
cebheinfo.az

10Sources