EN

Azərbaycan təbii qaz ixracını artırdı

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 380 milyon 705,94 min kubmetr həcmində təbii qaz ixrac edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 285 milyon 413,26 min ABŞ dolları təşkil edib.Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin iki ayı ilə müqayisədə 4,6 % çox, dəyəri isə 17,1 % azdır.

Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,07 % olub.

Chosen
28
metbuat.az

1Sources