EN

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına ötən il 7 milyon dollardan çox investisiya yatırıb

Bakı. Trend:

2025-ci ildə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana birbaşaxarici investisiyaların həcmi 7,355 milyon ABŞ dolları təşkiledib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 14,081 milyon dollarvə ya 2,9 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində AİB-də reallaşan investisiyaların payı 0,1% təşkiledib.
2024-cü il ərzində Asiya İnkişaf Bankından Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 21,436 milyon dollara bərabərolmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Məqalədə:
Chosen
27
2
az.trend.az

5Sources