Bakı. Trend:
2025-ci ildə İran İslam Respublikasının Azərbaycana birbaşaxarici investisiyaların həcmi 375,315 milyon ABŞ dolları təşkiledib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,8 milyon dollar vəya 1% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində İrandan reallaşan investisiyaların payı 5,7% təşkiledib.
Dövr ərzində Azərbaycandan İrana birbaşa xarici investisiyayatırımı qeydə alınmayıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.