EN

Əməkdar artist: “‘Maybach’, VİLLA aldılar, amma...”

Əməkdar artist Almaz Ələsgərova son zamanlar bayağı mahnı oxuyan ifaçılardan danışıb.

Milli.Az-ın məlumatına görə, müğənni bildirib ki, bəzi sənətkarlar zəngin olub, maddi imkanlar əldə etsələr də, musiqidə keyfiyyəti qorumağı bacarmayıblar:

"Maşın, ev, villa aldılar, hətta 'Maybach' də aldılar. Amma sənətdə heç nə dəyişməyib. Mahnılar əvvəlki tərzdə davam edir. Söz, musiqi və ifaçı bir-birini tamamlamalıdır, amma indiki mahnılar sanki oyuncağa çevrilib. Çox vaxt müğənnilər mahnıları yalnız toy və gəlir üçün yazdırır. Pul qazanmaq əlbəttə vacibdir, amma sənət itirilməməlidir", - deyə Almaz Ələsgərova vurğulayıb.

Musa
Milli.Az

Chosen
26
4
milli.az

5Sources