Bakı. Trend:
2025-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 204,368 milyon ABŞ dollarıtəşkil edib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 54,542 milyon dollarvə ya 36,4% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində ABŞ-dən reallaşan investisiyaların payı 3,1% təşkiledib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində ABŞiqtisadiyyatına 130,239 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 41,712 milyon dollar və ya 47,1%çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana yatırılanAzərbaycan investisiyalarının xüsusi çəkisi 5,5% təşkil edib.
2024-cü il ərzində Amerika Birləşmiş Ştatlarından (ABŞ)Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 149,826milyon dollar, əks istiqamətdə isə 88,527 milyon dollara bərabərolmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.