EN

Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI

Şirvan-Salyan Regional Təhsil İdarəsi 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsinə vəsiqə qazanan şagirdlərin sayını və fənlər üzrə bölgüsünü açıqlayıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, ümumilikdə region üzrə 59 şagird final turunda iştirak hüququ qazanıb.

Onların 17-si Azərbaycan dili, 10-u riyaziyyat, 10-u coğrafiya, 8-i kimya, 7-si biologiya, 4-ü tarix, 2-si fizika, 1-i isə informatika fənni üzrə final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları şagirdlərin elmi biliklərinin artırılması, istedadlı şagirdlərin üzə çıxarılması və onların inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Chosen
28
azedu.az

1Sources