Hindistanda Myanmadakı yaraqlılara təlim keçmək və silah qaçaqmalçılığı ittihamları ilə altı ukraynalı və bir amerikalı həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə ANI xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, əcnəbilərə qarşı cinayət işi martın 13-də başlanıb.
Onlar Hindistana qarşı terror hücumları təşkil etməkdə ittiham olunurlar. Üç ukraynalı Laknau hava limanında, daha üçü isə Dehlidə saxlanılıb. ABŞ vətəndaşı Kəlküttə hava limanında immiqrasiya rəsmiləri tərəfindən saxlanılıb.
Onlar Myanma sərhədini keçərək ölkəyə daxil olublar. Kəşfiyyatın məlumatına görə, orada Hindistana düşmən olan etnik qruplarla görüşüblər.